BAKI TƏBRİZ BAKI TƏBRİZ : AZƏRBAYCAN bir olsun BAŞKƏNDİ TƏBRİZ olsun!

Hansı ölkədə «Facebook» istifadəçisi daha çoxdur?

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 9, 2010 10:57

Sosial şəbəkə olan "Facebook"un istifadəçiləri hər gün artır. Hazırda dünyada 400 milyondan çox adam bu şəbəkədən istifadə edir. Qaynar.info xəbər verir ki, dünyadakı hər 6 nəfərdən birinin istifadə etdiyi sayt bu il 6 yaşını qeyd etməyə hazırlaşır. "Facebook"dan ən çox istifadə edənlərlər isə amerikalılardır.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 34
Söz:

Güneydə ana dili uğrunda mübarizə

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 9, 2010 10:52

Güneydə ana dili uğrunda mübarizə GAİP: "Daha mütəşəkkil formada olmalıdır" Güney Azərbaycan İstiqlal Partiyası Güneydə Azərbaycan türklərinin ana dili hüququnun pozulması ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, UNESCO-da beynəlxalq dillər gününün keçirilməsi ilə bağlı qərar qəbul olunsa da, İran adlanan ölkədə nəinki bu gün qeyd olunur, eyni zamanda orada yaşayan digər millətlərə öz dillərində danışmaq yasaq edilib. Bu yöndə mübarizə aparan insanlar isə zindanlara salınır, olmazın işgəncələr verilir.

Davamı...

Təbriz | Şərhlər(0)
Oxunub: 17
Söz:

ELM, MƏDƏNİYYƏT və ƏDƏBİYYAT ÜZRƏ DÖVLƏT MÜKAFATLARI KOMİSSİYASININ ƏSASNAMƏSİ

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 9, 2010 10:21

I. Ümumi müddəalar və mükafatlandırılmanın şərtləri

1. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası (bundan sonra – komissiya) Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 113 nömrəli Sərəncamına əsasən elm, mədəniyyət və ədəbiyyat sahələrində ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə yaradılmışdır.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 29
Söz:

“Yeni dünya düzənində Quzey Kıbrıs Türk Cümhuriyyətinin yeri və rolu”

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 8, 2010 23:10

DAK-ın Azərbaycan nümayəndəliyi bu mövzuda dəyirmi masa keçirəcək

Image Yaxın günlərdə Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Yeni dünya düzənində Quzey Kıbrıs Türk Cümhuriyyətinin yeri və rolu” mövzusunda dəyirmi masa keçiriləcək. Bu barədə www.D-A-K.org – a DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli məlumat verib.

Davamı...

Bakı, Xəbər | Şərhlər(0)
Oxunub: 13
Söz:

"Səhər" telekanalından növbəti təxribat

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 8, 2010 23:08

İran adlanan yerin kanalının efirində Azərbaycana qarşı təxribat xarakterli videoçarx yayımlayıb

Image İran adlanan yerin “Səhər” telekanalı Azərbaycana qarşı təxribat xarakterli videoçarx yayımlayıb. www.D-A-K.org –un ANSPRESS-ə istinadən yaydığı məlumata görə, kanalın “Kompas” proqramında efirə gedən videoçarxda İsrail-Fələstin müharibəsi zamanı Qəzzada qətlə yetirilən uşaqların görüntüləri, İsrail rəsmilərilə yanaşı, Azərbaycanın dövlət xəritəsi də yer alib.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 24
Söz:

İlk elektron kitabxananın açılış mərasimi keçiriləcək

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 8, 2010 23:03

Fevralın 9-da Bərdə rayonunun Mərkəzi Kitabxanasında Azərbaycan regionlarında yaradılan ilk elektron kitabxananın açılış mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, təqdimat mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Bərdə rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev, rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edəcək.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 13
Söz:

Yanukoviç Timoşenkonu 3 faiz qabaqlayır

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 8, 2010 23:01

 
 
Bülletenlərin 80 faizi sayılıb

Ukrayna Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 80 faizini hesablayıb. Lent.az-ın xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Viktor Yanukoviç 48,67 faiz səs toplayıb. Yuliya Timoşenkoya isə seçicilərin 45,66 faizi səs verib.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 21
Söz:

Bu gün Mirəşrəf Fətiyevin doğum günüdür

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 8, 2010 12:17

DAK soydaşımızı bu münasibətlə təbrik edir

Image Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Rusiya Federasiyası nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyevin doğum günüdür. Hazırda Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan soydaşımızın 44 yaşı tamam olur.
DAK olaraq bu münasibətlə Mirəşrəf Fətiyevi səmimi qəlbdən təbrik edir, ona yaradıcılıq uğurları, Azərbaycan diasporunun inkişafında daha fəal çalışmalar və ən əsası cansağlığı arzulayırıq.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 19
Söz:

Səid Mətinpurun səhhəti ağırlaşıb

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 8, 2010 12:15

Ətiyyə Tahiri: “Baş ağrıları, baş hərlənmələri çoxalıb, mədəsində ağrılar artıb”

Image Güney Azərbaycanın Zəncan şəhərində yaşayan Ətiyyə Tahiri deyir ki, hazırda Tehrandakı Evin həbsxanasında saxlanılan həyat yoldaşı, azərbaycanlı siyasi fəal Səid Mətinpurun səhhətinə görə çox narahatdır: “İndi zindanda Səidin vəziyyəti ağırdır. Baş ağrıları, baş hərlənmələri çoxalıb, mədəsində ağrılar artıb...” Xatırladaq ki, azərbaycanlı jurnalist və insan hüquqları fəalı Səid Mətinpur bu ilin iyulunda həbs olunub.

Davamı...

Təbriz | Şərhlər(0)
Oxunub: 7
Söz:

Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti 21 Fevral Ümumdünya Ana dili Gününü qeyd edəcək

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 8, 2010 12:13

Urmiyalı aşıq Qurban gözəl saz havalarıyla soydaşlarımızın ruhunu oxşayacaq

Image Fevralın 20-də Danimarkanin Aarhus şəhərində 21 Fevral Ümumdünya Ana dili Günü münasibətilə tədbir keçiriləcək. www.D-A-K.org –a daxil olan məlumata görə, Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin (DAV) təşəbbüsüylə düzənlənəcək mərasimdə Güney Azərbaycanın Urmiya şəhərindən olan Aşıq Qurban gözəl saz havalarıyla soydaşlarımızın ruhunu oxşayacaq.

Davamı...

Bölməsiz | Şərhlər(0)
Oxunub: 8
Söz:

Yanukoviç Timoşenkonu 3 faiz qabaqlayır

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 8, 2010 10:49

 
 
 
Bülletenlərin 80 faizi sayılıb

Ukrayna Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 80 faizini hesablayıb. Lent.az-ın xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Viktor Yanukoviç 48,67 faiz səs toplayıb. Yuliya Timoşenkoya isə seçicilərin 45,66 faizi səs verib.

Davamı...

Bölməsiz | Şərhlər(0)
Oxunub: 18
Söz:

Partiyalar nə iş tutur?

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 7, 2010 23:21

Samir ƏsədliBu ilin sonlarında keçiriləcək parlament seçkilərinə təxminən 10 ay vaxt qalır. Amma seçkilərə hazırlıq prosesinin kifayət qədər ağır və mürəkkəb olduğunu nəzərə alsaq, bu elə də uzun zaman deyil. Bəs siyasi partiyaların rəhbərləri və yetkililəri necə, belə düşünürmü? Seçkiyə hazırlığa start veriblərmi? Elə bu suallarla da partiyalara üz tutduq.

Hər dairəyə bir namizəd

Heç bir bloka qoşulmaq niyyətində olmayan Vətəndaş Həmrəyliyi Partiyası isə seçkiyə daha çox - 120 namizədlə qatılmaq niyyətindədir. Partiya sədrinin müavini Samir Əsədli deyir ki, artıq bununla bağlı hazırlıq işlərinə start verilib: «Artıq partiya bir çox hazırlıq işlərini görüb, rayon təşkilatlarına müvafiq tapşırıqlar verilib. 120 dairədən namizədlərimizi vermək niyyətindəyik. Bu seçkilərdə namizədlərin irəli sürülməsi mərhələsində VHP həm ictimaiyyətə, həm də mətbuata əlavə məlumat verəcək. Namizədlərimiz əsasən partiya rəhbərliyində təmsil olunan şəxslər, tanınmış ictimai xadimlər, bir sıra rayon təşkilatlarının sədrləri olacaq. Hazırda təşkilat şöbəsi bu yöndə iş aparır. Hər dairədən yalnız bir namizədimiz olacaq. Heç bir bloka qoşulmaq niyyətimiz yoxdur. Amma bir sıra müxalifət partiyaları ilə əməkdaşlıq etmək niyyətindəyik. İntensiv hazırlığımız qarşıdakı aylarda başlayacaq».

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 33
Söz:

"İranda İslam adı altında rejim süquta doğru gedir"

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 7, 2010 23:18

Səftər RəhimliSəftər Rəhimli: "Azərbaycan türkləri bu tariхi şansdan yararlanmalı və öz milli qurtuluşuna nail olmalıdır"

 Qarşıdan 20-ci əsrin ən dəhşətli faciəsi-ermənilərin azərbaycanlıların başına gətirdiyi Хocalı soyqırımının növbəti ildönümü gəlir. Bəşəriyyəti dəhşətə gətirmiş faciənin 18-ci ildönümündə bir sıra anım tədbirləri keçiriləcək. Dünya Azərbaycanlıları Konqresi Хocalı soyqırımının ildönümünə hazırlaşır. Bu ərəfədə qurumun rəhbəri, tanınmış hərəkatçı Səftər Rəhimli ilə görüşdük. Onunla DAK-ın hazırladığı anım tədbirləri, Güney Azərbaycan türklərinin problemləri Konqresin qarşıdakı qurultayı və digər təşkilati işlərdən danışdıq.

Davamı...

Müsahib | Şərhlər(0)
Oxunub: 29
Söz:

“Məhəmməd Əmin Rəsulzadə Güney Azərbaycanda da aktiv fəaliyyət göstərib”

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 7, 2010 23:15

Natiq Məmmədli: “O, demokratik düşüncəli insan olduğuna görə Məşrutə Hərəkatına qoşulur və qısa müddətdə hərəkatın liderinə çevrilir”

Image “Amerikanın Səsi” teleradiosunun “Haray” proqramının bu həftəki mövzusu İranda demokratiyaya gedən yolda Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin xidmətləri və onun fikirlərinin Güney Azərbaycan Məşrutə Hərəkatında, ümumiyyətlə, Şərqdəki islahat hərəkətlərindəki roludur. Bu həftəki qonağımız isə tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin müəllimi Natiq Məmmədlidir. www.D-A-K.org olaraq müsahibəni müəyyən düzəlişlərlə sizlərə təqdim edirik:

Davamı...

Xəbər, Müsahib | Şərhlər(0)
Oxunub: 28
Söz:

Çingiz Bəxtavərin dəfn mərasimində tutulan bəzi milli fəallar hələ də həbsdədir

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 7, 2010 23:14

Image Güney Azərbaycan Milli Hərəkatının fəalları Hadi Murtəza Salib (İsfahan Universitetində "Dan Ulduzu" tələbə dərgisinin redaktoru), Əli Təhəmtən (musiqişünas) və Rza Əbri bir aydır “Ettelaat”ın Təbrizdəki təcridxanasında saxlanılırlar. www.D-A-K.org –un GünAzTV-yə istinadən yaydığı məlumata görə, onlar 2009-cu il dekabrın 29-da Təbrizin Maralan qəbiristanlığında Çingiz Bəxtavərin dəfn mərasiminə qatıldıqları üçün tutulublar.

Davamı...

Təbriz | Şərhlər(0)
Oxunub: 94
Söz:

Milli fəal Məhəmməd Əlimuradi həbs olunub

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 7, 2010 23:13

Image Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Əlimuradi yenidən həbs olunub. www.D-A-K.org –un “Savalan Səsi” xəbər saytına istinadən yaydığı məlumata görə, fevralın 2-də Təbriz şəhər Polis İdarəsinin  təhlükəsizlik bölməsindən soydaşımıza zəng edilərək, ona zamin duran şəxsin qurumda saxlanıldığını bildiriblər.

Davamı...

Təbriz | Şərhlər(0)
Oxunub: 25
Söz:

Səid Mətinpurun həyatı ciddi təhlükə qarşısındadır

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 7, 2010 23:12

Image Güneyli jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpurun səhhətində ciddi problem yaranıb. www.D-A-K.org –un “BayBak”a istinadən yaydığı məlumata görə, Tehrandakı Evin həbsxanasında 8 illik həbs cəsazını çəkən soydaşımız bu il yanvarın 29-da ürək ağrısı keçirib. Ancaq həbsxana məmurları onu həkimə gec aparıblar.

Davamı...

Təbriz | Şərhlər(0)
Oxunub: 29
Söz:

Apellyasiya Məhkəməsi ədalətsiz qərarı qüvvədə saxlayıb

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 7, 2010 23:12

Murtəza 3 il, kiçik qardaşı Fərdin Muradpur isə 6 il həbs cəzasını çəkməlidir

Image Bu il fevralın 2-də Apellyasiya Məhkəməsi Murtəza və Fərdin Muradpur qardaşlarına digər 4 milli fəalla birlikdə aşağı instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. www.D-A-K.org –un GünAzTV-yə istinadən yaydığı məlumata görə, proses soydaşlarımızdan xəbərsiz keçirildiyi üçün onlar müdafiələrilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməyiblər.

Davamı...

Təbriz | Şərhlər(0)
Oxunub: 24
Söz:

İranda azərbaycanlı vicdan məhbusunun səhhəti ağırlaşıb

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 7, 2010 23:11

 
 
İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Səid Mətinpurun həbsxanada səhhəti ağırlaşıb.

İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, hazırda Tehranda yerləşən “Evin” cəzaçəkmə müəssisəsində saxlanılan S.Mətinpurun ürəyində ciddi ağrılar başlayıb.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 27
Söz:

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turudur

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 7, 2010 23:10

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək. Lent.az-ın məlumatına görə, ikinci turda hazırkı baş nazir Yuliya Timoşenko və keçmiş baş nazir, Regionlar Partiyasının lideri Viktor Yanukoviç yarışacaqlar.

Davamı...

Bölməsiz | Şərhlər(0)
Oxunub: 7
Söz:

UEFA Azərbaycanla bağlı səhvini düzəltdi

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 7, 2010 15:04

Futbol Federasiyaları Assosiasiyasının (UEFA) rəsmi saytında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Türkiyə ərazisi kimi göstərilməsi ilə bağlı yanlışlıq düzəldilib . Bu barədə APA-nın Türkiyə bürosuna Türkiyə Futbol Federasiyasından (TFF) məlumat verilib.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 6
Söz:

Səid Mətinpurun həyatı ciddi təhlükə qarşısındadır

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 7, 2010 15:01

Güneyli jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpurun səhhətində ciddi problem yaranıb. www.D-A-K.org –un “BayBak”a istinadən yaydığı məlumata görə, Tehrandakı Evin həbsxanasında 8 illik həbs cəsazını çəkən soydaşımız bu il yanvarın 29-da ürək ağrısı keçirib. Ancaq həbsxana məmurları onu həkimə gec aparıblar.

Davamı...

Təbriz | Şərhlər(0)
Oxunub: 8
Söz:

ƏLİBABA MƏMMƏDOVA “İSTİQLAL” ORDENİ VERİLDİ

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 4, 2010 10:36

Əlibaba MəmmədovPrezident İlham Əliyev fevralın 3-də sərəncam imzalayaraq xanəndə Əlibaba Məmmədovu “İstiqlal” ordeni ilə təltif edib. Sərəncamda xanəndənin Azərbaycan muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə təltif edildiyi vurğulanır.

Bölməsiz | Şərhlər(0)
Oxunub: 19
Söz:

«İtalya parlamenti Ermənistanın işğalçılıq siyasətini pisləyən sənəd qəbul edə bilər»

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 3, 2010 21:21

Fuad MuradovBu günlərdə Azərbaycanın parlament nümayəndə heyəti İtaliyadan səfərdən qayıdıb və bununla bağlı artıq hənm mətbuatda, həm parlamentin özündə müəyyən fikirlər yer alıb. Həmin səfərdə iştirak edən millət vəkili Fuad Muradovun sözlərinə görə, üç gün davam edən bu səfər İtaliya parlamentinin dəvəti ilə reallaşdırılmışdı və bu səfərdə Milli Məclisi onunla yanaşı, parlamentin Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Azər Kərimli, digər deputat həmkarları - Rövşən Rzayev, Qüdrət Həsənquliyev təmsil edirdi:

Davamı...

Müsahib | Şərhlər(0)
Oxunub: 28
Söz:

MOSKVADA MÜSLÜM MAQOMAYEVİN ABİDƏSİNİN TƏMƏLQOYMA MƏRASİMİ KEÇİRİLİB

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 3, 2010 21:10

Müslüm MaqomayeviFevralın 3-də Moskvada, Azərbaycan səfirliyinin qarşısındakı bağda görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayevin abidəsinin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Moskva merinin birinci müavini Lyudmila Şvetsova, Moskva Dumasının deputatları Yevgeni Gerasimov, “Krokus-İnterneşnl” şirkətlər qrupunun prezidenti Araz Ağalarov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 32
Söz:

Haradasınız, əsir Xocalılılar? - ARAŞDIRMA

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 3, 2010 21:07

“Qonşu kameradan bağırtı gəlir... Hansısa əsirin dırnaqlarını çıxarır, başının dərisini soyurdular...”

“İnilti, fəryad səsləri biri-birinə qarışmışdı. Elə bu dəm əllərində fənər içəri daxil oldular. Heç kəsi sorğu-sual etmədən təpikləməyə başladılar. Ağır əsgər çəkmələri ilə vurduqları zərbələrdən ancaq üz-gözümüzü qoruya bilirdik. Nalayiq söyüşlər, təhqiredici ifadələr və yumruq-təpikdən sonra kameranı tərk etdilər. Beləcə, düz 12 sutka ac qaldıq. Hər sutkada ən azı iki dəfə təpiklə döyülürdük. Amma sən demə, bu hələ jurnalı imiş...”

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 28
Söz:

Özbəkistan millisi də İrəvana getməkdən imtina etdi

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 3, 2010 21:03

 
 
Ermənistanda keçiriləcək Dünya Kubokunda 8-ci komanda Skandinaviya ölkələrinin yığması olacaq

Özbəkistanın yunan-Roma güləşi üzrə milli komandası da Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Dünya Kubokuna qatılmaqdan imtina edib. Lent.az-ın məlumatına görə, bu haqda “Novosti-Armeniya”ya turnirdə mətbuatla iş üzrə məsul şəxs sayılan Eduard Kələntəryan açıqlama verib.

Davamı...

Xəbər, Idman | Şərhlər(0)
Oxunub: 20
Söz:

GÜNEYİN və QUZEYİN UMACAĞI

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 3, 2010 21:00

Elxan ŞAHİNOĞLUElxan ŞAHİNOĞLU  

Dünən axşam Mərkəzi Çikaqoda yerləşən, Bakıda ofisi olan Güney Azərbaycan Televiziyasının - “GünAz TV”nin analitik proqramına dəvət aldım. Təxminən 2 saat çəkən veriliş İranın Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldırması və bundan yarana biləcək problemlərə həsr olunmuşdu. Doğrusu, proqramın bu qədər həyəcanlı keçəcəyini gözləmirdim.

Azərbaycan vətəndaşları fevralın 1-dən İrana vizasız giriş imkanı qazanıblar və gələn xəbərlərə görə, Astara keçid məntəqəsində qonşu ölkəyə keçmək istəyən vətəndaşlarımızın sayı artıb. Proqramda əvvəlcə “İran nədən Azərbaycan jurnalistləri üçün vizanı ləğv etmir” sualına cavab tapmağa çalışdıq.

Davamı...

Yazar | Şərhlər(0)
Oxunub: 34
Söz:

Vahid məktəbli geyimi müəyyənləşdi – FOTOLENT

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 3, 2010 14:55

Vahid məktəbli geyimiNövbəti dərs ilində Bakının bütün məktəblərində vahid məktəbli geyimi tətbiq olacaq

2008-ci ildə Bakı Şəhər Təhsil İdarəsinin irəli sürdüyü və Təhsil Nazirliyi tərəfindən dəstəklənən ideya, artıq vahid məktəbli formasına keçidlə nəticələnir. İki il əvvəl təhsil ictimaiyyəti, şagird və valideynlər tərəfindən dəstəklənən bu ideya hazırda Azərbaycanın bütün məktəblərində tətbiq olunur.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 38
Söz:

AZƏRBAYCANLI RUHANİ: “YALIN ƏLLƏ ETİRAZA QALXANLARIN QANINI AXIDANLARIN ÖZLƏRİ ALLAHA QARŞI MÜHARİBƏ APARIR”

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 3, 2010 14:46

azərbaycanlı ruhani ayətullah Əsədullah Bayat Zəncani İslahat tərəfdarı, tanınmış azərbaycanlı ruhani ayətullah Əsədullah Bayat Zəncani Tehran Universitetində keçirdiyi görüşdə dinc müxaliflərin “Allaha qarşı müharibə” ittihamı ilə günahlandırılaraq edam olunmasını pisləyib.

“Media forum” saytının məlumatına görə, Bayat Zəncani bəzilərinin dindən sui-istifadə etdiyini bildirib: “Yalın əllə etiraza qalxanların qanını axıdanların özləri Allaha qarşı müharibə aparır. Təəssüf ki, bu gün rəsmi tribunalar xalqı qorxutmaq və təhdid etmək vasitələrinə çevrilib. Bunlar həzrət Əli və Həzrət Məhəmmədin təmsil etdiyi islam dinindən və şiə fiqhindən tamamilə fərqli, səhv anlayışlardır.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 28
Söz:

İranda yeni iğtişaşlar gözlənilir

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 3, 2010 10:27

Mirhüseyn Musəvi: "Nə qədər ki, insanların hüquqları bərpa olunmayacaq biz dinc mübarizəmizi davam etdirəcəyik"

İran inqilabının 31-ci ildönümüylə əlaqədar fars şovinist rejimi əhalini küçələrə çıxarmaq niyyətindədir. Yetkililər bunun üçün rəsmi səviyyədə bütün dövlət idarələrinə müraciət ediblər. Nəticədə səlahiyyətli qurumlar hamının meydanlara axışması və hakimiyyəti müdafiə etməsi üçün təbliğat aparırlar. Ancaq ölkə müxalifəti də bu fürsətdən yararlanmaq üçün kütləvi aksiyalara hazırlaşır. Bu səbəbdən ölkədə təhlükəsizlik qüvvələrilə müxalifətçilər arasında yeni toqquşmaların yaşana biləcəyi gözlənilir.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 29
Söz:

Güneyli jurnalist Həsən Ərkin məhkəməsi keçirilib

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 2, 2010 21:42

Hakim soydaşımızın GünAzTV-yə müsahibəsini sistemin əleyhinə təbliğat aparmaq cəhdi kimi qiymətləndirib

Image Fevralın 1-də güneyli jurnalist Həsən Ərkin məhkəmə iclası keçirilib. Məlumata görə, işə Təbriz İnqilab Məhkəməsində baxılıb. Məhkəmə iclası qapalı keçirilib. Soydaşımız sistemin əleyhinə təbliğat aparmaq, İran adlanan yerin rəhbərliyinə və polislərə böhtan atmaq, GünAzTV telekanalına müsahibə vermək vasitəsilə milli təhlükəsizliyə qarşı cəhddə günahlandırılıb.

Davamı...

Bölməsiz | Şərhlər(0)
Oxunub: 9
Söz:

Gənclər günü və reallıqlar

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 2, 2010 19:01

Samir ƏsədliFuad Muradov Əsas iki problem var: işsizlik və evsizlik

Bu gün Gənclər Günüdür. Xatırladaq ki, 1997-ci il fevralın 1-də Azərbaycan Gənclərinin I Forumunun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ümummilli liderimiz Heydər Əliyev 2 fevral Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzalamışdı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi qeyd edilir. Doğrudur, bu gün cəmiyyətin müxtəlif təbəqələrinin düşüncəsində «gənclər öz yerlərini tuta bilmirlər», «indiki gənclik savadlı deyil» və sair kimi fikirlər yer almaqdadır. Amma o da faktdır ki, ölkə əhalisinin 31 faizindən çoxunu təşkil edən gənclər respublikanın həyatının bütün sahələrində çalışırlar.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 32
Söz:

ƏHALİNİN 31 FAİZİNİ 14-29 YAŞLI GƏNCLƏR TƏŞKİL EDİR (Statistik məlumatlar)

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 2, 2010 11:28

Fevralın 2-də Azərbaycanda gənclər günü qeyd olunur. AzərTAc xəbər verir ki, Dövlət Statistika Komitəsi bu münasibətlə məlumat yayıb. Məlumatda bildirilir ki, 2010-cu ilin əvvəlinə əhalinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir.

Ötən il ölkədə nikaha daxil olanların 75,1 faizini gənclər təşkil edib, son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artıb. Ölkə üzrə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların orta yaşı isə 23-dür. 2009-cu ildə erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4 faiz çoxalıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur. Boşananların arasında gənclərin xüsusi çəkisi 22,6 faizdir.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 12
Söz:

İKT Xocalı soyqırımı ilə bağlı xüsusi qətnamə qəbul edib

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 1, 2010 18:11

İslam Konfransı TəşkilatıQətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir

İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin Parlament Birliyi (İKT PB) Konfransının Uqandanın paytaxtı Kampala şəhərində təşkil edilən 6-cı sessiyası öz işini başa çatdırıb. Qaynar.info xəbər verir ki, İslam Konfransı Gənclər Forumunun İstanbulda yerləşən Baş gərargahından verilən məlumata əsasən, 51 dövlətin Parlament heyətləri başçılarının iştirak etdiyi Konfransda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə “İKGF ilə İKT PB arasında əməkdaşlıq” haqqında qətnamə qəbul edilib.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 37
Söz:

Day.Az azərbaycan dilində xəbər saytı açdı

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 1, 2010 18:10

Bu gündən Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayıb.
Qaynar.info-nun verdiyi xəbərə görə,
www.Milli.Az xəbər portalı Azərbaycan dilində yayımlanan internet xəbər resursudur.
Portal Day.Az informasiya şirkətinə məxsus saytlardan biridir.
www.Day.Az rus dilində, www.Today.Az ingilis dilində, www.Milli.Az isə Azərbaycan dilində fəaliyyət göstərir.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 23
Söz:

TÜRKİYƏDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN YARATDIĞI TELEKANAL YAYIMA BAŞLAYIB

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 1, 2010 18:06

TÜRKİYƏDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN YARATDIĞI TELEKANALFevralın 1-dən Türkiyədə yaşayan azərbaycanlıların yaratdığı “Can Azərbaycan Televiziyası” adlı telekanal yayıma başlayıb.

SİA-nın xəbərinə görə, telekanalın fəaliyyətini www.canaz.tv saytından izləmək mümkündür. Yeni kanalın verilişləri əvvəlcə yalnız internet, bu ilin sonunadək peyk (“Türksat” peyki) vasitəsilə yayımlanacaq.

“CanAz” TV-də əsasən milli-mədəni dəyərlərə üstünlük veriləcək. Telekanal milli mədəniyyətin yaşaması, yayılması, tanınması və inkişaf etməsini qarşısına məqsəd qoyub.

Ankara, Xəbər | Şərhlər(0)
Oxunub: 17
Söz:

ETTELAAT-ın SAXLADIĞI AZƏRBAYCANLI FƏALDAN XƏBƏR YOXDUR

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 1, 2010 18:03

 Abdulla Səduqi15 gün əvvəl Təbrizdə tutulub ETTELAAT idarəsinə aparılan azərbaycanlı fəal, “Traktorsazi” futbol komandasının tərəfdarı Abdulla Səduqinin durumundan xəbər yoxdur.

O, qardaşı Hüseyn Səduqi ilə birlikdə tutulmuşdu. “Media forum” saytının məlumatına görə,

Hüseyn bir neçə saat dindirildikdən sonra azadlığa buraxılsa da, Abdulla idarədə saxlanıb.

Davamı...

Bölməsiz | Şərhlər(0)
Oxunub: 18
Söz:

ƏRDOĞAN QARABAĞDAN DANIŞDI: “MİNSK QRUPUNUN CİDDİ ETİNASIZLIĞI VAR”

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Fevral 1, 2010 10:35

Rəcəb Tayyib Ərdoğan Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan TRT kanalına müsahibədə Cənubi Qafqazdakı vəziyyətə toxunub. AzərTAc-ın məlumatına görə, baş nazir deyib: “Ermənistanla protokolların ratifikasiyası, sərhədlərin açılması məsələlərində ATƏT-in Minsk qrupundan həllini istədiyimiz bir məsələ var. Mən bunu Amerikaya son səfərimdə Barak Obamaya və Rusiyaya səfərimdə Dmitri Medvedyevə, Vladimir Putinə də çatdırdım. Minsk qrupunun ciddi etinasızlığı var. 20 ilə yaxın bir müddətdə bu işi başa çatdıra bilmədilər. Əgər Rusiya, ABŞ və Fransa bu vaxt ərzində məsələni həll etsəydi, problemlər də olmazdı. Əgər onlar istəsəydilər, Ermənistan bu işğala son qoyardı.

Davamı...

Bölməsiz | Şərhlər(0)
Oxunub: 34
Söz:

R.Rəsulzadə: "Onun Azərbaycan qarşısında gördüyü işlər layiqincə dəyərləndiriləcək"

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Yanvar 31, 2010 18:52

Məhəmməd Əmin RəsulzadəBu gün Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin banisi olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

M.Ə.Rəsulzadənin doğum tarixi elə doğulduğu Novxanıda anılıb. Məzarı Türkiyədən gətirilməsə də, onun Azərbaycandakı yeganə abidəsi Rəis RəsuzadəRəsulzadəni sevənlərin and yeridir.
Müxalifət partiyalarının bir qrupunun da qatıldığı anım mərasimində M.Ə.Rəsulzadənin həyat yolu anılıb, tarixçilər onun dövlətçilik üçün gördüyü işlərdən danışıblar.

Davamı...

Bölməsiz | Şərhlər(0)
Oxunub: 25
Söz:

BÖYÜK İNSAN, ƏSL ÖNDƏR, HAQQI VERİLMƏYƏN ŞƏXS...

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Yanvar 31, 2010 17:13

Məhəmməd Əmin RəsulzadəBu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 126 yaşı tamam olur. M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Novxanıda anadan olub. 1918-1920-ci illərdə onun rəhbərliyi ilə yaradılan Azərbaycan Demokratik Respublikası tarixə Şərqdə ilk demokratik cümhuriyyət kimi düşüb.

Ötən il M.Ə.Rəsulzadənin 125 illik yubileyi idi. Lakin yubiley dövlət səviyyəsində qeyd edilmədi. Amma müxalifət bu tədbiri yüksək səviyyədə keçirdi. Biz də Rəsulzadənin ad günü ərəfəsində vətəndaşlar arasında sorğu apardıq. Maraqlıdır sadə insanlar Rəsulzadəni necə tanıyır?

Davamı...

Bölməsiz | Şərhlər(0)
Oxunub: 31
Söz:

NİYƏ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ?

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Yanvar 31, 2010 12:04

Nəsiman YAQUBLU

(Böyük öndərin anadan olmasının 126 illiyinə həsr edilir)

Zaman keçir, dövr ötür, müxtəlif rejimlər, sistemlər Azərbaycanda mövcud olur və biz hər dəfə bu şəxsiyyətlə bağlı problemlərin yaşandığını müşahidə edirik. İstər çar Rusiyası dövründə, istər sovetlər birliyi zamanında, istərsə də müstəqilliyinin 19-cu ili yaşanan öz vətənində onun adı ilə bağlı narahatlıqlar mövcud olmuş və qalmaqdadır. Çar Rusiyası zamanında Məhəmməd Əmin Rəsulzadə təqib edildi (1908-1913-cü illər), həbsə alındı (1914-cü il), sovetlər birliyinin təbliğat maşını 70 ilə qədər onun əleyhinə işlədi və onu həbs də etdilər (1920-ci il). Moskvada ciddi nəzarət rejimində yaşamağa məcbur oldu (1920-1922-ci illər). Vətəni Azərbaycan müstəqil olduqdan, sovet rejimindən xilas olduqdan sonra da ona münasibət dəyişmədi, heykəli qoyulmadı, adı əbədiləşdirilmədi, tutduğu mövqeyə qısqanclıqla yanaşıldı.

Davamı...

Təbriz, Xəbər | Şərhlər(0)
Oxunub: 40
Söz:

31 yanvar Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Yanvar 30, 2010 23:16

ImageYanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Mübaliğəsiz demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti onun əsəridir. M.Ə.Rəsulzadənin adı gələndə istər-istəməz hamı Azərbaycan Xalq Cümhuriyyətini xatırlayır. Cümhuriyyəti o həm də təmənasız əqidədaşları ilə birlikdə yaratmışdı. M.Ə.Rəsulzadənin xoşbəxtliyi onda idi ki, hər şeydən əvvəl millətçi ideoloq idi və istəklərini müəyyən mənada da olsa gerçəkləşdirə bilmişdi.

Davamı...

Bölməsiz | Şərhlər(0)
Oxunub: 72
Söz:

Millətçi kimdir?

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Yanvar 30, 2010 23:08

ImageKönül CƏFƏRLİ
 
Cəmiyyətimizdə millətçi anlayışı bir mənalı qarşılanmır. Demokratik cəmiyyət arzusunda olan vətəndaşlarımız bu anlayışa “şovinist” mənası verərək sivil  toplum üçün təhlükəli olduğunu iddia edir, bir çox dindar bacı-qardaşlarımız isə “İslamda millət yox, ümmət anlayışı var” fikrinə əsaslanaraq millətçiliyə qarşı çıxır, bu anlayışın islama tərs düşdüyünü bildirirlər.

Davamı...

Yazar | Şərhlər(0)
Oxunub: 38
Söz:

Səftər Rəhimli səfir Valter Fust və senator Anna-Marie Lizin ilə görüşdü

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Yanvar 30, 2010 22:48

Səftər Rəhimli Əsasən Qarabağ və Güney Azərbaycan problemləri müzakirə olunub

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli Bakıda səfərdə olan Qlobal Humanitar Forumunun icraçı direktoru, səfir Valter Fust* və senator Anna-Marie Lizin** ilə görüşüb. Görüşdə Səftər Rəhimli DAK-ın fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 28
Söz:

“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin Press-Relizi

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Yanvar 30, 2010 15:45

“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanda insan alveri qurbanlarına/istismar olunan şəxslərə hüquqi yardım” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərlə əlaqədar olaraq ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və Varşava ofisinin ekspertləri, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mütəxəssisləri və Moldova Ali Məhkəməsinin sədr müavini Azərbaycanda olmuşlar. Onlar Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 80 nəfər hakimliyə namizəd üçün 27-28 yanvar 2010-cu il tarixlərində Azərbaycan Respublikasının Ədliyyə Akademiyasında təşkil etdiyi təlimlərdə “İnsan Alveri qurbanlarının hüquqları” mövzusunda çıxış etmiş və insan alverinə qarşı mübarizə sahəsində ATƏT-ə üzv dövlətlərin, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi barədə məlumat vermiş və müzakirələr aparılmışdır.

Davamı...

Bölməsiz | Şərhlər(0)
Oxunub: 15
Söz:

“Türkdilli əlyazmalar kataloqu”nun II cildi nəşr olunub

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Yanvar 30, 2010 11:50

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Türkdilli əlyazmalar kataloqu”nun II cildi rus dilində nəşr hazırlanıb.

Bu barədə Lent.az-a AMEA-nın mətbuat xidmətindən bildirilib. Ümumi həcmi 263 səhifə olan kataloqa Azərbaycan, Türkiyə və Orta Asiya xalqlarının türkdilli ədəbiyyat klassiklərinin XI-XX əsrin əvvəllərində yazıb-yaratdıqları (ümumtürk abidələri) 431 əlyazmanın elmi-paleoqrafik təsviri daxil edilib. Bu əlyazma kitablarından bir neçəsi böyük özbək şairi Nəvai və klassik Azərbaycan ədəbiyyatının dahi nümayəndələrindən biri Məhəmməd Füzulinin əsərlərindən ibarət müştərək toplulardır.

Davamı...

Xəbər | Şərhlər(0)
Oxunub: 16
Söz:

Kürdlər niyə və kimə qarşı silahlanırlar?

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Yanvar 30, 2010 11:33

Son aylarda İranda rejiminə qarşı etiraz aksiyaları və ixtişaşlar şiddət tapıb və bunla da paralel İran hökumətinə bağlı olan informasiya orqanlarının verdiyi məlumata görə, Batı Azərbaycanda hərbi silah qaçaqçılığı kürdlər vasitəsi ilə nigaranedici halda artıb. Batı Azərbaycan polisinin rəisi kütləvi informasiya vasitələrinə xəbər verib ki, İran günəş ilinin birinci beş ayında Batı Azərbaycanda hərbi silah qaçaqçılığı 153 % artıb və 35 dəstə silahlı qaçaqçı mafiyası polis tərəfindən aşkar olunub, dağıdılıb və 73 nəfər tutulub. Polis tərəfindən 643 ədəd hərbi silah və 23 ədəd ov silahı müsadirə olunub. Onun fikrinə görə, Batı Azərbaycanda hərbi silah qaçaqçılığı hədsiz təhlükəli vəziyyətə gəlib çıxıb.

Davamı...

Təbriz | Şərhlər(0)
Oxunub: 23
Söz:

Samir Əsədli: ""Farslarla ermənilər başqa dindən olsalar da, kökləri eynidir""

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Yanvar 29, 2010 21:49

Samir AsadliFars rejimi Ermənistanı himayəsində saxlamaqla yanaşı, İrandakı ermənilərə də yüksək imtiyazlar verib
 

İslam Konfransı Təşkilatının (İKT) Ermənistanı növbəti dəfə "işğalçı ölkə" elan etdiyi bir ərəfədə adını İslam respublikası qoyan İran həmin ölkə ilə ilişgilərini genişləndirmək səylərini gücləndirir. Əslində bu iki ölkə arasında münasibətlərin intensivləşməsi, fars-erməni qardaşlığının gücləndirilməsi heç kimdə təəccüb doğurmur - hər ikisi Azərbaycan-Türk düşmənidir. Ona görə də, İranın Qarabağ münaqişəsi çərçivəsində müsəlman Azərbaycanı yox, xristian-işğalçı Ermənistanı dəstəkləməsində gözlənilməz heç nə yoxdur. Amma belə görünür ki, bu ölkələrin münasibətlərinin indiki səviyyəsi tərəflərin nəzərdə tutduğu son hədd deyil. Bu səbəbdən farslarla ermənilər aralarındakı qardaşlıq bağlarının çoxalması üçün yeni yollar axtarırlar. Hər halda, İranın xarici işlər naziri Mənuçöhr Möttəkinin İrəvana növbəti səfərinə başqa izah vermək çətindir.

Davamı...

Təbriz, Bakı, Xəbər | Şərhlər(0)
Oxunub: 46
Söz:

Məhəmməd Əmin Rəsulzadə milli müstəqilliyimizin ideoloqudur

Mənbə: www.BakiTebriz.tk Yazar: BAKI TƏBRİZ @ Yanvar 29, 2010 21:25

Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Mübaliğəsiz demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti onun əsəridir. M.Ə.Rəsulzadənin adı gələndə istər-istəməz hamı Azərbaycan Xalq Cümhuriyyətini xatırlayır. Cümhuriyyəti o, həm də təmənasız əqidədaşları ilə birlikdə yaratmışdı. M.Ə.Rəsulzadənin xoşbəxtliyi onda idi ki, hər şeydən əvvəl millətçi ideoloq idi və istəklərini müəyyən mənada da olsa gerçəkləşdirə bilmişdi. Cümhuriyyətin gördüyü işlər həmişə xatırlanacaq. Cümhuriyyət qurucuları uca millətçi ziyalılar idilər. Bu əməllərin çağdaş dönəmdə daha inadla inkişaf etdirilməsi gərəkdir. Professor Qüdrət Əbdülsəlimzadə M.Ə.Rəsulzadənin rəhbərliyilə 2 ilə yaxın müddətdə mövcud olan cümhuriyyətin əməllərinə belə qiymət verir:

Davamı...

Xəbər, Yazar | Şərhlər(0)
Oxunub: 37
Söz:

  Yazılar cəmi: 4557    Sonrakı səhifə »



BAKI TƏBRİZ